Ronaldo: "Heç kəs yarımfinala yüksələcəyimizi gözləmirdi"
"Çətin oyun oldu. Polşa yaxşı oynadı. Rəqib fiziki cəhətdən güclü idi. Amma biz daha yaxşı təsir bağışladıq. Layiqli qələbə qazandıq".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın 1/4 finalında Polşa üzərində penaltilər seriyasında 5:3 hesabı ilə qazandıqları qələbəni şərh edərkən deyib.
O, qol vurmadığı üçün təəssüflənmədiyini bildirib:
"Bəli, fərqlənə bilmədim, ancaq həmişə bütün gücümlə oynayıram. Bu oyunda Renato Sançes qol vurdu. Ona təbrik edirəm. Heç kəs yarımfinala yüksələcəyimizi gözləmirdi, ancaq biz artıq yarımfinaldayıq".
K.Ronaldo penaltilər seriyasının lotereya olduğunu söyləyib:
"Penaltilər seriyasında yaxşı oynadıq".
Portuqaliya millisinin hücumçusu yarımfinal qarşılaşması haqda da danışıb:
"Belçika - Uels cütünün qalibi ilə üz-üzə gələcəyik. Uels bu turnirdə yaxşı təsir bağışlayır. Belçika da gözəl futbol nümayiş etdirir. Məqsədimiz çempion olmaqdır".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox