• $
  • £

Dünyanın ən sürətli insanına şok

Dünyanın ən sürətli insanına şok
02.07.2016 16:00
Onun Olimpiya Oyunlarında iştirakı sual altındadır.

Altı qat olimpiya, 11 dəfə dünya çempionu olan dünyanın ən sürətli sprinteri Useyn Boltun Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı sual altındadır. ANS PRESS-in məlumatına görə, buna səbəb dünyanın ən sürətli adamının vətərinin zədələnməsidir.

Ötən gün 29 yaşlı Bolt milli çempionatın yarımfinalında 100 metrlik məsafəyə qaçışda qalib gəlib. Bolt 100 metrlik məsafəni 10,04 saniyəyə qaçıb. Lakin bundan sonra zədə səbəbindən yamaykalı yarışlardan kənarlaşıb. Bu barədə məşhur idmançı "Twitter” rəsmi mikrobloqunda xəbər verib.

"Mən birinci raunddan sonra dizaltı vətərdə diskomfort hiss etdikdən sonra yenidən yarımfinalda qaçdım. Daha sonra milli çempionatın baş həkimi məni müayinə edərkən vətərimdə birinci dərəcəli yırtıq zədəsi diaqnozu qoydu", - deyə Bolt bildirib.
 
 
Bolt

Sonda Bolt Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə ümid etdiyini qeyd edib. Onun sözlərinə görə, artıq zədənin müalicəsinə başlanıb. Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək keçəcək.

"Mən milli çempionat çərçivəsində keçirilən yarışların qalan hissəsində iştirakdan azad olmaq üçün tibbi rəyi verdim. Mən dərhal müalicəylə məşğul olacağam. İyulun 22-də London yubiley oyunlarına (London Anniversary Games) hazır olmağa ümid edirəm ki, daha sonra Rio-de-Janeyroda Olimpiya oyunlarına gedə bilim", - deyə sprinter qeyd edib.

Dünya rekordçusu Bolt futbol azərkeşidir və onun sevimli komandası "Mançester Yunayted” klubudur. Məşhur sprinter 2009-cu il avqustun 16-da Almaniyanın paytaxtı Berlində keçirilmiş dünya çempionatında 100 metrlik məsafəyə 9,58 saniyəyə qaçaraq yeni rekord təyin edib.

O, avqustun 20-də 200 metr məsafəni isə 19,19 saniyəyə qət edib. Hər iki məsafədə əvvəlki nailiyyətlər də Bolta məxsus idi. Məşhur sprinter 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 3 qızıl medal qazanmaqla yanaşı, 2 dünya rekordu müəyyənləşdirib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol