• $
  • £

Almaniya millisi turnirin yarımfinalına yüksəlib

 Almaniya millisi turnirin yarımfinalına yüksəlib
03.07.2016 11:00
Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinal uğrunda iki Avropa nəhəngi – Almaniya ilə İtaliya mübarizə aparıblar.
 
Matçın ilk hissəsi təhlükəli epizodların azlığı ilə diqqət çəkib. İkinci hissədə isə iki qol olub. Tərəflər hərəyə bir dəfə fərqləniblər. Məsut Özilin 65-ci dəqiqədə hesabı açmasından 13 dəqiqə sonra Bonuççi Jerom Boatenqin əllə oynadığına görə təyin olunan penalti ilə "status-kvo"nu bərpa edib. Qalan vaxtda və əlavə edilmiş yarım saatda başqa qol olmayınca 3-cü yarımfinalçını təyin etmək üçün penaltilərə müraciət olunub.
 
Əsas həyəcan isə bu zaman yaşanıb. Hər iki tərəfdən qeyri-dəqiqlik çox olduğu üçün 9 nəfər zərbə vurmalı olub. Yekunda isə Almaniya millisi 6:5 hesabı ilə qalib gələrək yarımfinala adlayan tərəf olub.
 
Avropa çempionatı
1/4 final
2 iyul
 
Almaniya – İtaliya - 1:1 (Pen: 6:5)
Qollar: Məsut Özil, 65 - Bonuççi, 78 (pen.)
 
Baş hakim: Viktor Kassai

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol