Avropa çempionatları tarixində 16 ildən sonra
"Avro-2016"nın 1/4 finalında keçirilən Fransa - İslandiya oyunu turnirin hələlik ən çox qol vurulan görüşü olub.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Fransanın 5:2 hesabı ilə qalib gəldiyi matça qapılara 7 qol vurulub.
Bununla da sözügedən qarşılaşma qrup mərhələsinin Portuqaliya - Macarıstan oyununu (3:3) geridə qoyub.
Bundan başqa, Avropa çempionatları tarixində 16 ildən sonra qapılara 7 qol vurulub. Sonuncu dəfə 2000-ci ildə keçirilən Avropa çempionatında Hollandiya Yuqoslaviyanı 6:1 hesabı ilə darmadağın etmişdi.
Fransa - İslandiya görüşü həmçinin Avropa çempionatının final mərhələsi tarixində ən çox qol vurulan oyunlarında siyasında 2-ci olub. Bu göstəricidə ilk pillədə 1960-cı ildə Fransanın Yuqoslaviyaya 4:5 hesabı ilə uduzduğu matç qərarlaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox