Didye Deşam: "Çempion olmaq istəyirik"
"5 qollu qalibiyyət oldu. Ancaq 2 qol buraxdığımızı da unutmamalıyıq. Qapımızda qollar gördüyümüz zaman oyunu taleyi həll olunmuşdu. Artıq yarımfinaldayıq. Azarkeşlərimizi sevindirməyi bacardıq".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam "Avro-2016"nın 1/4 finalında İslandiyaya 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, birinci hissədə artıq görüşün taleyinin həll olunduğunu bildirib:
"Buna görə də ikinci hissəyə rahat başladıq. Jiru və Koselnini cəzalı durumla düşməməkdən ötrü əvəzlədim".
D.Deşam Almaniya ilə oynayacaqları yarımfinal qarşılaşması haqda da danışıb:
"Almaniya yaxşı futbol oynayan komandadır. Onlar İtaliya qarşısında bunu bir daha göstərdilər. Çempion olmaq istəyirik. Təkcə Avropanın deyil, dünyanın ən güclü komandasına bütün gücümüzü göstərməyə çalışacağıq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox