• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Gənc Tamaşaçılar Teatrının Rusiyadan qonaqları var - FOTOLAR

Gənc Tamaşaçılar Teatrının Rusiyadan qonaqları var - FOTOLAR
04.07.2016 21:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Rusiyalı qonaqlar təşrif buyurublar.
 
Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiya Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi Qalina Borisovna Şurayeva və  Krasnoyarsk vilayətinin Sosial siyasət naziri Qalina Mixaylovna Kovalyeva  bir neçə gün ərzində şəhərimizin qonaqları olacaqlar. Bakının gəzməli, görməli yerləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcək qonaqlar həmçinin, gələcək yaradıcılıq planları haqqında müzakirələr edəcəklər.    

Bildiyiniz kimi ötən ay premyerası həyata keçirilmiş "Qohumlar” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya  Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq hazırlanıb. Qalina Şurayeva layihənin Kalmıkiya Teatrı  tərəfindən  həmsədri olaraq hazırlanan yeni tamaşaya baxmaq imkanı əldə edəcək. Belə ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda hazırlanan uğurlu səhnə əsəri iyul ayının 9-da saat 19.00-da qonaqlarımıza təqdim olunacaq. 

Iki hissəli müziklda Əməkdar Artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Vahid Orucoğlu, Elnur Hüseynov, İlham Əsədov, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov  iştirak edəcəklər.
 










www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol