Balotelli: "Fransanın çempion olmasını istəyirəm, çünki..."
İtaliya millisinin futbolçusu Mario Balotelli "Avro-2016"nın qalibi olmasını istədiyi yığmanın adını açıqlayıb.
Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu Fransanı turnirin qalibi olaraq görmək istədiyini deyib:
"Obyektiv olmağımı istəyirsizsə, favorit Almaniyadır. Amma subyektiv olaraq Fransanın Avropa çempionu olmasını istəyirəm. Çünki Fransa millisindəki Pol Poqba yaxın dostumdur".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox