Fransa Almaniyanı məğlub etdi
Fransa yığması yarımfinalda Almaniyanı 2:0 məğlub edərək Avropa Çempionatının finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, oyunda Fransa 45-ci dəqiqədə Qrizmanın penalti zərbəsi ilə hesabı açıb.
72-ci dəqiqədə isə Qrizman özünün və komandasının ikinci qolunu vuraraq komandasının finala çıxmasına səbəb olub.
Qeyd edək ki, ev sahibi olan Fransa 10 iyulda keçiriləcək "Avro-2016”-nın final görüşündə Portuqaliya ilə qarşılaşacaq.
www.ann.az
Son xəbərlər
Daha çox