• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

İlham Əliyev: “İxrac bazarları müəyyən edilməlidir”

İlham Əliyev: “İxrac bazarları müəyyən edilməlidir”
10.07.2016 20:20
"İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək və ixrac potensialımızı artırmaq gələcək faliyyətimiz üçün prioritet istiqamət olmalıdır. Bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
 
Dövlət başçısı deyib ki, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur: "Ancaq biz gərək indi digər məhsullar üçün rəqabətə girək. Çünki indii dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar o bazarları böyük dərəcədə bölüblər. Ona görə də bu bazarlara girmək üçün gərək böyük səylər göstərək.”.
 
Prezident İlham Əliyev ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi barədə tapşırıqlar verib: "Ölkədə dərman istehsalına başlanılması, sənaye mərkəzlərinin yaradılması, bu il Mingəçevirdə yüngül sənaye müəssisənin təməlinin qoyulması, hər bir rayonun sənaye mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyi bundan sonra da davam etdirləcək”.
 
Dövlət başçısı zəruri ərzaq məhsulları ilə təminat, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm industriyasının yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlar verib: "Son illər Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən Formula-1 Avropa Qran-prisi ölkəmizdə turizmin inkişafına ciddi dəstək verib”
 
Bundan əlavə, prezident İlham Əliyev "ASAN xidmət”in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 "ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırıb, Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən prezident İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol