• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Əbülfəs Qarayev Mübariz Həmidovu mükafatlandırdı

Əbülfəs Qarayev Mübariz Həmidovu mükafatlandırdı
11.07.2016 20:14
12 iyul tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun 60  yaşı tamam olur. 

Milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə və 60 illik yubileyi münasibətilə M.Həmidov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. 

Məlumat üçün bildirək ki, M.Həmidov 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. 1975-79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb.

1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb. 
         
Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında fəal iştirak etmiş, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub. 

Heydər Əliyev adına Sarayda keçirilən çoxsaylı dövlət tədbirlərinin – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10 illiyi, Dünya Azərbaycanlılarının I qurultayı, Görkəmli el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 175 illiyi, nakam şairimiz Mikayıl Müşviqin 90 illiyi, Xalq şairi Rəsul Rzanın 90 illiyi, Dövlət Rəqs Ansamblının yaradılmasının 30 illiyi, Xalq Artisti Şövkət Ələkbərovanın 80 illiyi, SSRİ Xalq Artisti Fikrət Əmirovun 80 illiyi, Hüseyn Cavidin 120 illik yubileyi, Aşıq Şəmşirin 110 illiyi, İ.Əfəndiyevin 90 illik yubileyi, Üzeyir Hacıbəyovun 120 illik yubileyi, SSRİ Xalq Artisti Rəşid Behbudovun 90 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının qırx günlüyünə həsr olunmuş anma mərasiminin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum akademik Zərifə xanım Əliyevanın anadan olmasının 80 illiyi, ümummilli lider, mərhum Prezdentimiz Heydər Əliyevin anadan olmasının 80 illiyi, habelə 2003-cü ilin oktyabrında Prezident seçkiləri ərəfəsində respublika stadionunda gənclərin III Forumuna həsr olunmuş Ümumrespublika tədbirinin, həmin il oktyab ayının 31-də Heydər Əliyev adına Sarayda Respublika Prezidentinin andiçmə mərasiminin, Azadlıq meydanında keçirilmiş təntənəli konsert proqramının və digər irimiqyaslı tədbirlərin ssenari müəllifi, redaktoru və təşkilatçılırından biridir.         

M.Həmidov 2000-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 

2006-cı ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilib.

Onun teatra rəhbərlik etdiyi müddətdə kollektiv Türkiyənin Ankara, İğdır, Alanya, Antalya, Dənizli, Rusiyanın Sankt-Peterburq, Moskva, Həştərxan, Perm şəhərləri, Kalmıkiya və Belarus Respublikaları, Şri-Lankanın paytaxtı Kolomboda, Birləşmiş Ərəb Əmirliyi, İran, Böyük Britaniya və bir sıra digər ölkə və şəhərlərdə qastrol və festivallarda uğurla çıxış edərək bir sıra mükafatlara layiq görülüb. 

M.Həmidov 2010-cu ildə Media Print MMC və AKBA Yayıncılık LTD tərəfindən "İlin teatr xadimi” nominasiyası ilə "İlin markası mükafatı”na, 2011-ci il may ayının 18-də Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən "Azərbaycan bayrağı” diplomuna, Alman - Azərbaycan Cəmiyyəti tərəfindən "Alman – Azərbaycan dostluq ənənələrinin inkişafına görə” "Körpü” diplomuna, 2012-ci ildə  "Kitab evi” İctimai Birliyi tərəfindən "teatr sənətinə xidmətinə və ictimai təşkilatçılığına görə” "Vətən naminə”  və "Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin  "Azərbaycan teatr sənətinin yüksək səviyyədə təbliğindəki xidmətlərinə görə” "Ana Yurd” fəxri diplomuna, 2012-ci ilin aprel ayında Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu tərəfindən "Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının, dilinin geniş miqyaslı təbliğinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında layiqli xidmətlərinə görə” fəxri fərmana, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatındakı siyasi və təşkilati işlərdəki fəaliyyətinə görə fəxri fərmana, 2013-cü ilin may ayında İrəli İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən keçirilən «Teatr günləri» layihəsində göstərdiyi dəstəyə görə təşəkkürnaməyə, iyun ayında Azərbaycan Universitetinin fəxri fərmanına, 2013-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının K.S.Stanislavski adına mükafatına, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin fəxri fərmanına, 2014-cü ilin iyul ayında "Avropa Nəşr Mətbu Evi” tərəfindən "mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində işinin qurulmasında olan yaradıcı elmi təkliflərinə, torpağına-Vətəninə sonsuz sevgisinə, gənclərdə Vətənpərvərlik hisslərinin aşılanmasında, Ümummilli lider Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və Azərbaycan mədəniyyətinin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə” qızıl medal və diploma, 2015-ci ilin aprel ayında "Səməd Vurğununun şəxsiyyəti və yaradıcılığına olan tükənməz sevgisinə, şairin ev-muzeyində keçirilən tədbirlərə dəstəyinə görə” "Səməd Vurğun mükafatı”na layiq görülüb. M.Həmidov 2016-cı il 10 mart tarixində 60 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı ilə təltif olunub.  

2011-ci ildə dünyanın 104 aparıcı ölkə teatrlarının üzv olduğu Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti seçilib. 

Azərbaycan və Rusiya teatrları arasında yaradıcılıq əlaqələrinin qurulması və daha da inkişaf etdirilməsi sahəsində yüksək təşkilatçılıq qabiliyyətinə və fəallığına görə M.Həmidov 2014-cü ilin mart ayının 27-də Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülüb. 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol