• $ 1.7
  • € 2.0001
  • ₽ 0.021587
  • ₺ 0.0426
  • £ 2.315

Azercell-in Onlayn Müştəri Xidmətləri indi daha rahat

Azercell-in Onlayn Müştəri Xidmətləri indi daha rahat
14.07.2016 10:56
Azərbaycanın lider mobil operatoru Azercell Telekom təklif etdiyi xidmətlərin müştərilər tərəfindən daha rahat istifadəsi üçün hər zaman son texnoloji imkanlardan yararlanaraq yeniliklər tətbiq edir.

 Ölkəmizdə ilk dəfə olaraq 2011-ci ildə Azercell tərəfindən istifadəyə verilən Onlayn Müştəri Xidmətləri portalında da istifadəçilər üçün bir sıra yeniliklər edilib. Daha müasir və xoş dizaynda abunəçilərə təqdim edilən Onlayn Müştəri Xidmətləri portalında indi qeydiyyat forması daha da sadələşdirilib. Azercell müştəri xidmətinə hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abunəçilər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçdikdən sonra şifrə birbaşa abunəçinin mobil telefonuna göndərilir. Saytda qeydiyyatdan keçən abunəçilər dərhal müştəri xidmətləri əməkdaşı ilə real zaman rejimində söhbət (çat) aparıb onlara istədikləri sualı verə və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edə bilər. Bundan əlavə, müştəri xidmətləri əməkdaşı ilə yazışma zamanı abunəçi, ehtiyac olan zaman hər hansı məktub, sənəd, və ya fakturanı da əlavə edərək göndərə bilər. Ən önəmli yenilik isə ondan ibarətdir ki, indi abunəçilər mobil telefonlarından daha rahat şəkildə onlayn müştəri xidmətləri portalından istifadə edə bilər. Abunəçilər Azercell-in təqdim etdiyi Onlayn Xidmətlərdən aşağıdakı link vasitəsilə yararlana bilər: www.azercell.com/selfservice/client/

Onu da qeyd edək ki, bu xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün də faydalıdır. Onlar rominqdə ikən beynəlxalq zənglərə pul xərcləmədən Azercell ilə əlaqə yaradır, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldirlər. Onlayn müştəri xidmətləri bütün kateqoriyaya aid abunəçilər - Fakturalı Xətt, Fakturasız Xətt (SimSim) və Korporativ abunəçilər üçün tətbiq edilir.

Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, onlayn şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DGK audit yoxlanmasına yarım milyon manatdan çox vəsait xərcləyəcək
İqtisadiyyat 18:10
DGK audit yoxlanmasına yarım milyon manatdan çox vəsait xərcləyəcək
Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 13 %-ə yaxın artıb
İqtisadiyyat 15:48
Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 13 %-ə yaxın artıb
SOCAR-ın depozitləri 5 dəfəyə yaxın artıb
İqtisadiyyat 13:46
SOCAR-ın depozitləri 5 dəfəyə yaxın artıb
Abonentlər sabit tarif üçün 1 manatdan artıq ödəməyəcək - Nazir müavini
İqtisadiyyat 12:21
Abonentlər sabit tarif üçün 1 manatdan artıq ödəməyəcək - Nazir müavini
Gələn ilin sonuna kimi Qarabağa 200 min vətəndaşın köçürülməsi planlaşdırılır
İqtisadiyyat 11:29
Gələn ilin sonuna kimi Qarabağa 200 min vətəndaşın köçürülməsi planlaşdırılır
Əmtəə bazarlarında qızıl bahalaşıb
İqtisadiyyat 11:04
Əmtəə bazarlarında qızıl bahalaşıb
Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
İqtisadiyyat 10:56
Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:37
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol