• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

İlk dəfə Azərbaycanda Dolby Atmos texnologiyası “CinemaPlus” kinoteatrında

İlk dəfə Azərbaycanda Dolby Atmos texnologiyası “CinemaPlus” kinoteatrında
15.07.2016 16:45
Tezliklə paytaxtda "Gənclik mall” TM-də Dolby Atmos texnologiyası ilə təchiz olunmuş regionun ən böyük "CinemaPlus” kinoteatrı açılacaq.

Xüsusi diqqəti 300 yerlik ən böyük eksklüziv zal çəkir. Dolby Digital Atmos texnologiyasının hesabına səs tamaşaçını hər tərəfdən əhatə edir, həmçinin zalın yuxarı hissəsindən. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. Dolby Digital Atmos texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə "Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir.

Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində "CinemaPlus” kinoteatrının açılışı keçirilib. Kinoteatr Nizami 8 ünvanında, "Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Həmçinin "CinemaPlus” 28 Mall, Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus” mobil əlavəsini yükləyin. itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 
play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Oxşar xəbərlər
Oxşar xəbərlər
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol