• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

“Sosial mənzillərin tikintisi üçün torpaq sahələri müəyyənləşib”

“Sosial mənzillərin tikintisi üçün torpaq sahələri müəyyənləşib”
15.07.2016 22:00
"Mənzil İnşaatı Dövlət Agentliyi artıq sosial mənzillərin tikintisinin təşkil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir".

"Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev "Azərtac”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu tədbirlər ilk növbədə binaların tikintisi üçün torpaq sahələrinin seçilməsini, layihələndirmə və tikinti işlərinin planlaşdırılmasını, mənzillərin uzunmüddətli güzəştli şərtlərlə təqdim edilməsi üçün dayanıqlı maliyyə modelinin yaradılmasını əhatə edir. 

S.Nuriyev deyib ki, çoxmənzilli binaların tikintisi üçün paytaxtın bir neçə hissəsində torpaq sahələri müəyyənləşdirilib: "Çoxmənzilli evlərin tikilməsi üçün əlverişli olan torpaq sahələrinin seçilməsi prosesində ciddi irəliləyiş var. Ötən müddət ərzində Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində bir çox torpaq sahəsinə baxış keçirilib və müxtəlif meyarlar üzrə qiymətləndirildikdən sonra onlardan bir neçəsi güzəştli mənzillərin tikintisi üçün uyğun hesab edilib. Torpaq sahələrinin seçilməsində ilk növbədə şəhərin inkişaf perspektivləri nəzərə alınıb. Bununla yanaşı, həmin ərazilərin iş yerləri mərkəzlərinə yaxın olması, bu zonalarda nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu əsas meyarlardan olub. Hazırda həmin torpaq sahələrinin əldə edilməsi prosesi həyata keçirilir, layihələndirmə işlərinin aparılmasına hazırlıq görülür. Eyni zamanda, Gəncə, Sumqayıt, Lənkəran, Masallı və Şəmkir şəhərlərində də torpaq sahələrinin ayrılması ilə bağlı təklif olunmuş ərazilərə baxış keçirilib, ilkin dəyərləndirmə işləri aparılıb”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol