İlk dəfə Azərbaycanda Dolby Atmos texnologiyası “CinemaPlus” kinoteatrında

Tezliklə paytaxtda "Gənclik mall” TM-də Dolby Atmos
texnologiyası ilə təchiz olunmuş regionun ən böyük "CinemaPlus” kinoteatrı
açılacaq.
Xüsusi
diqqəti 300 yerlik ən böyük eksklüziv zal çəkir. Dolby Digital Atmos
texnologiyasının hesabına səs tamaşaçını hər tərəfdən əhatə edir, həmçinin
zalın yuxarı hissəsindən. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı
hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə
çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir,
hadisənin mərkəzinə daxil olur. Dolby Digital Atmos texnologiyası ilk dəfə
2012-ci ilin aprel ayında təqdim olunub və bütün Hollivud studiyaları tərəfindən
istifadə olunur. Bu texnologiya ilə "Oskar” mükafatına layiq görülmüş 11
rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən
artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları
Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir.
Qeyd etmək istəyirik ki, Gəncədə,
Azərbaycanın ikinci ən böyük şəhərində "CinemaPlus” kinoteatrının açılışı
keçirilib. Kinoteatr Nizami 8 ünvanında, "Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü
mərtəbəsində yerləşir.
Həmçinin "CinemaPlus” 28 Mall, Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət
mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Daha ətraflı məlumat üçün İOS və
Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus” mobil əlavəsini
yükləyin.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər