• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bakının seysmik riski qiymətləndiriləcək

Bakının seysmik riski qiymətləndiriləcək
27.07.2016 09:40

Bakının seysmik riskinin qiymətləndirilməsinə gələn il başlanıla bilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

Bu layihəyə maliyyə dəstəyinin Alman Araşdırma Mərkəzi tərəfindən veriləcəyini deyən Q.Yetirmişli qeyd edib ki, məsələ ilə əlaqədar həmin mərkəzin mütəxəssisləri ilə sentyabr ayında Almaniyada görüş keçiriləcək.

Q.Yetirmişli görüş zamanı layihənin başlanma tarixinin də dəqiq müəyyənləşəcəyini söyləyib: "İki il əvvəl Almatıda olarkən Alman Araşdırma Mərkəzinə bununla bağlı təklif verdim. Onlarla bir çox müzakirələr apardıqdan sonra bu işin həyata keçirilməsinə razılıq veriblər. Layihə artıq qəbul olunaraq təsdiqlənib. Bu fəaliyyət alman mütəxəssisləri ilə birgə aparılacaq. Yəqin ki, gələn ilin əvvəlindən layihənin icrasına başlanılacaq”.

Q.Yetirmişlinin sözlərinə görə, seysmik riskin qiymətləndirilməsi üçün Bakının mərkəzindəki köhnə və yeni tikilən binalar, eləcə də şəhər ətrafında olan binalar seçiləcək.

Layihənin iki illik olduğunu nəzərə çatdıran RSXM-nin baş direktoru bu işin mərhələlərlə aparılacağını, bütün Bakını əhatə etməsinin nəzərdə tutulduğunu da söyləyib.

Q.Yetirmişli əlavə edib ki, seysmik riskin qiymətləndirilməsi zamanı yeni texnologiyalardan istifadə ediləcək. Bunun üçün Almaniyadan ən müasir tələblərə cavab verən avadanlıqlar gətiriləcək: "Cihazların hamısını almanlar gətirəcək. Onların quraşdırılması, işləməsi isə yerli mütəxəssislər tərəfindən aparılacaq”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol