• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Avtobus qəzaları zamanı sərnişinlərə kim kompensasiya ödəməlidir?

Avtobus qəzaları zamanı sərnişinlərə kim kompensasiya ödəməlidir?
28.07.2016 09:39

Azərbaycanda sərnişin avtobuslarının iştirakı ilə yol qəzalarının baş verməsi zamanı yaranan problemlərdən biri də sərnişinlərə kompensasiyanın ödənilməsidir. Bəzən sərnişinlər sağlamlıqlarına dəymiş ziyana görə kompensasiya ala bilmədiklərindən şikayətlənirlər.

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, qanunvericilikdə bununla bağlı problem yoxdur:

"Birincisi, sərnişin avtobusunun mütləq icbari sığortası olmalıdır. Yol nəqliyyat hadisəsi də icbari sığorta hadisəsi sayılır. Yol nəqliyyat hadisəsində kim təqsirkar olsa, həmin icbari sığorta etmiş hüquqi şəxs zərər çəkmiş sərnişinlərə kompensasiya ödəməlidir. Ancaq sığorta ödənişi məhduddur. Qanunvericiliyə əsasən maddi ziyana görə kompensasiya 5 min manatdır, sağlamlığa dəyən ziyan isə 1 adam üçün 5 min manatdan artıq olmamaq şərti ilə toplam 50 min manatdan artıq ola bilməz. Əgər sağlamlığa dəyən ziyan 50 mindən çox olsa, sığorta şirkəti həmin məbləğdən çox pul verməyəcək. Mülki Məcəlləyə əsasən, yerdə qalan məbləği ziyanı kim vurubsa, o ödəməlidir”.

Ə.Hüseynov bildirib ki, bu məsələ ilə əlaqədar qanunvericilikdə deyil, təcrübədə problem var: "İnsanlar qaydaları bilmir, proseslər ləng gedir, uzun-uzadı məhkəmə çəkişmələri olur. Bəzi insanlar artıq bezib kompensasiya arxasınca getmir. Hətta məhkəmə qərarından sonra da ödəmələr müxtəlif bəhanələrlə ləngidilir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol