• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Qiymətli kağızlar sahəsində biznes simulyasiya yarışı

Qiymətli kağızlar sahəsində biznes simulyasiya yarışı
28.07.2016 16:17
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə Yeniliyə Doğru Gənclər Fondu 26-27 iyul 2016-cı il tarixlərdə "İnkişaf bi(r)likdərir” devizi altında qiymətli kağızlar sahəsində biznes simulyasiya yarışını keçirib.

Biznes simulyasiya "praktiki təhsil” konsepsiyasının modellərindən biridir. Simulyasiya oyununda qiymətli kağızlar bazarında müxtəlif situasiyalar modelləşdirilir, iştirakçılara idarəetmənin bütün aspektləri – müddət, qiymət, risk, qərarların qəbul etmək bacarığı və digər faktorlar öyrədilir.   

Yarışın keçirilməsində məqsəd - qiymətli kağızların (səhmlərin) alqı-satqı prosesinin və brokerlərin vasitəçilik funksiyalarının gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarının inkişaf etdirmək olmuşdur. 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun,Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun,Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Bakı Fond Birjasının, kommersiya şirkətlərinin və ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.

Simulyasiya yarışı iki gün davam edib. Hər biri dörd tələbədən ibarət 11 komanda qiymətli kağızlar bazarının iştirakçıları qismində çıxış edib. Yarışın birinci günü gənclər üçün idarəetmə bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klass keçirilib, birja simulyasiya ilə tanışlıq olub. Bazarda mövcud olan müəyyən situasiyaların modelləşdirilməsi mövzusunda tapşırıqlar verilib və yarış test rejimində keçirilib. İkinci gün isə komandalar virtual bazarda rəqabət aparmağı və düzgün qərarların verilməsi bacarıqlarını nümayiş etdiriblər. Komanda virtual bazarın dəyişən şərtlərinə, hadisələrinə və qiymətlərinə çevik reaksiya verərək, idarə etdiyi kapitalın artmasını təmin edib.

Sonda maliyyə bazarı mütəxəssislərindən ibarət müstəqil münsiflər heyəti qalibləri müəyyən edib. Vaxt və korporativ resurslardan optimal istifadə etməklə ən yaxşı nəticə göstərən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət komanda birinci yerin qalibi olub. Maliyyə və Mühasibat, Beynəlxalq İqtisadiyyat Məktəbi və Magistratura Mərkəzinin tələbə və magistrlarından ibarət komanda ikinci, SABAH qruplarının komandası isə üçüncü yerə layiq görülüb. Biznes simulyasiya yarışının xüsusi nominasıyası olan "Bütün maliyyə alətlərindən istifadə edən” komanda isə Biznes və menectment fakültəsinin tələbələri olub. Qalib komandalar hədiyyə və diplomlarlar təltif olunub. 

Birinci yerin qalibləri – UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Emil Alıyev, Arzu Əmirova, Səbinə Nəzəfzadə və Nəzrin Heydərova "ZZ Group” şirkətinin təcrübə proqramında müsabiqədən kənar iştirak etmək hüququnu qazanıblar. Qeyd edək ki, bu şirkətdə təcrübə keçmək üçün tələbələr iki mərhələli imtahandan keçirlər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol