Dəmiryol Vağzalının ətrafındakı obyektlər söküləcək – VİDEO
![Dəmiryol Vağzalının ətrafındakı obyektlər söküləcək – VİDEO Dəmiryol Vağzalının ətrafındakı obyektlər söküləcək – VİDEO](https://anews.az/photo/850x500/2016-08/1470288154_1.jpg)
Əsaslı təmirlə əlaqədar Bakı Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək.
ANN.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, artıq ərazidə işləyən sahibkarlara dükanlarını boşaltmaları barədə xəbərdarlıq da edilib.
Təmir işlərinin 4-5 ay çəkəcəyi gözlənilir. Elə sahibkarları da bu müddət ərzində harada işləyəcəkləri narahat edir.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən cəmi 5-i qanuni şəkildə özəlləşdirilib. Qalanları isə hələ 90-cı illərdə qanunsuz yolla müxtəlif şəxslər tərəfindən zəbt edilərək icarəyə verilib. Ərazidə yeni obyektlər tikildikdən sonra isə cəmi 5 sahibkara öz yerləri veriləcək. Digərləri isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər. Elə dəyişiklikdən narazı olanlar da gələcəkdə icarədar kimi fəaliyyət göstərəcək sahibkarlardır.
Tikinti-təmir işlərinin davam edəcəyi müddətdə sahibkarlara hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məsələsi isə açıq qalır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)