• $
  • £

“Real”, yoxsa “Sevilya"?

“Real”, yoxsa “Sevilya
09.08.2016 09:36
Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq.
 
Apasport.az saytının məlumatına görə, kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedəcək.
 
Sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafat uğrunda "Sevilya”nın rəqibi "Barselona” deyil, onun əzəli rəqibi "Real” olacaq. Çempionlar Liqasının qalibi adını qazanan Zinəddin Zidanın yetirmələri Avropa Liqasının "əbədi qalibi” "Sevilya”nı bu dəfə də məyus qoymaq istəyir.
 
Belə ki, bu matç rəqiblərin ikinci Superkubok duelidir. 2014-cü ildə də "Real” və "Sevilya” mükafatın qalibini müəyyənləşdirmişdi. Həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə Madrid klubu daha güclü olmuşdu – 2:0. "Millenium”da hər iki qolu Kriştianu Ronaldo vurmuşdu. Portuqaliyalı "Sevilya”nın tarixində bu komandaya ən çox qol vuran oyunçudu – 22 top.
 
Əndəlüslülər isə ötən il gərgin mübarizədən sonra ("Barselona” – "Sevilya” – 5:4) əldən verdikləri qəniməti bu dəfə nəyin bahasına olursa olsun qazanmaq istəyirlər. "Kral klubu” bu vacib oyunda zədə səbəbindən əsas ulduzu, son Avropa çempionu Kristiano Ronaldonun xidmətindən məhrum olub.
 
Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
 
UEFA Superkuboku
9 avqust
 
22:45. "Real” (İspaniya) – "Sevilya” (İspaniya)
Baş hakim: Milorad Majiç
Tronheym (Norveç). "Lerkendal” stadionu

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol