Rio-2016: Hacı Əliyev bürünc medal qazandı
Azərbaycanın 57 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarışlarda təmsil edən Hacı Əliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Oxu.Az xəbər verir ki, bürünc mükafat uğrunda görüşdə bolqarıstanlı Vladimir Vladimirovla qarşılaşıb.
Rəqibinin kürəyini yerə vuran H.Əliyev təmiz qələbə ilə bürünc medal qazanıb.
19.08.2016 23:42
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev bürünc medal uğrunda ilk təsəlliverici görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb.
Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımızı bürünc medaldan sadəcə bir qələbə ayırır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox