• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Zabit Səmədov: "Katalin Moroşanuya qulaqburması verəcəm"

Zabit Səmədov:
22.08.2016 14:25
Katalin güclü, cəsur döyüşçüdür və yaxşı oğlandır. Sadəcə, qələbə qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəm. Dost olsaq da, Katalin Moroşanuya qulaqburması verəcəm. Axı bu, döyüşdür və bizim işimizdir. Döyüşdən sonra mübarizəni şam yeməyi zamanı müzakirə edəcəyik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov deyib.

Qeyd edək ki, avqustun 23-də Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçiriləcək. Turnir zamanı Z.Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşacaq.

Z.Səmədovun bildirdiyinə görə, Qroznıdakı turnirə hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı sona çatıb və "Axmed" klubunun komandası yarışa tam hazırdır.

"Turnir çox hərarətli, parlaq və maraqlı olacaq. Bundan başqa, qonaqlar və bu idman növünün dünya ulduzlarını dəvət etmişik! Avqustun 23-də "Kolizey" arenada görüşərik", - deyə, azərbaycanlı K-1 ustası bildirib.

Qeyd edək ki, Z.Səmədovun təxminən 120 azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanacaq və zalda idmançımıza dəstək olacaqlar. 

Döyüş Rusiyanın "Matç TV" və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol