• $ 1.7
  • € 1.926
  • ₽ 0.021283
  • ₺ 0.0438
  • £ 2.2826

Azərbaycanda son 11 ilin ən isti avqust ayı müşahidə edilir

Azərbaycanda son 11 ilin ən isti avqust ayı müşahidə edilir
25.08.2016 09:14

Azərbaycanda bu il 2006-cı ildən bəri ən isti avqust ayı müşahidə edilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Sabah da ölkə ərazisində belə isti hava şəraitinin gözlənildiyini deyən M.Həsənov qeyd edib ki, avqust ayında bu cür yüksək temperatur 1992-ci ildə, sonuncu dəfə isə 2006-cı ildə müşahidə edilib: "Ancaq həmin istilər bu ilki istilər kimi olmayıb. Bu ilki avqust yüksək temperatura görə, ötən ilki avqust aylarından daha çox seçilir”.

M.Həsənov bildirib ki, bu il avqust ayında davamlı istilər müşahidə olunub: "Bu il Azərbaycanda yayın isti dövrləri uzanıb. Elə illər olur ki, həmin illərdə 1-2 gün ardıcıl isti olur. Bu il isə avqustun 15-dən havanın temperaturu yüksəkdir və hələ də yüksək temperatur davam edir. Həmin gündən başlayaraq, gündəlik temperatur 36-37 dərəcədən aşağı düşməyib. Gündüz əsasən, 40-42 dərəcə isti qeydə alınıb. Bu il hətta dağlıq ərazilərimizdə də temperatur yüksəkdir. Məsələn, Şəkidə temperatur 36-37 dərəcədir. Bu il istilərin 10 gün davam etməsi bir qədər gözlənilməz haldır.

M.Həsənov bu il avqust ayının daha isti keçməsini ölkədə isti hava kütlələrinin davamlı olması və kənar hava kütlələrinin buraya daxil ola bilməməsi ilə izah edir: "Ölkəmizdə cənub hava kütləsi ilə şərqdən gələn hava kütləsi bir-birini əvəz edir. Bunların hər ikisi də isti hava kütləsidir. Əgər 3-4 gün hava isti olsaydı və bundan sonra da ölkə ərazisinə şimal, yaxud qərb hava kütləsi gəlsəydi, belə isti havalar olmazdı.  Temperaturun düşməsi üçün Azərbaycan ərazisinə ya qərbdən, ya da şimaldan hava kütləsi gəlməlidir. Şərqi Avropa üzərində bir qədər soyuq siklon yaranıb. Amma bu da hələ o demək deyil ki, bu hava kütləsi bizim ərazimizə gələcək”.

 

M.Həsənov avqustun 26-27-dən ölkədə havanın nisbətən sərinləşəcəyinin ehtimal edildiyini bildirib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol