• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

UEFA yenilikləri təsdiqlədi

UEFA yenilikləri təsdiqlədi
29.05.2020 03:12
UEFA avrokubokların yeni formatı ilə bağlı qərar qəbul edib.
 
Apasport.az saytının məlumatına görə, 2018/19, 2019/20 və 2020/21 mövsümləri ilə bağlı bir sıra yenilikləri planlaşdıran qurum qərarlarını rəsmiləşdirib.
 
Bütün maraqlı tərəflərlə müzakirələrdən, İcraiyyə Komitəsinin yenilikləri təsdiqləməsindən sonra Klub turnirlərinin keçirilməsi komitəsi qəbul olunan yenilikləri açıqlayıb.
 
UEFA-nın təsdiqlədiyi yeniliklər
 
1. Çempionlar Liqası və Avropa Liqasının qalibləri birbaşa qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq hüququ qazanır. İndiki qaydalara əsasən, bu komandalar pley-offda oynaması mümkündü.
 
2. UEFA reytinqinin ilk 4 pilləsində qərarlaşan ölkələrin hərəsinin 4 komandası Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə qoşulacaq.
 
3. Hər iki turnirdə ölkələrin təmsilçi sayı 2016-cı ilin sonunadək dəqiqləşdirilib,  təsdiqlənəcək.
 
4. Klubların reytinq siyahısında əmsallar yeni metodla hesablanacaq. Burada yalnız klubun öz nəticələri nəzərə alınacaq. İndiki kimi ölkə əmsalının 20 faizi şəxsi hesabına əlavə edilməyəcək. Amma klubun əmsalı ölkənin rəqəminin 20 faizindən aşağı olsa, həmin komanda şəxsi deyil, ümumi reytinqə görə qiymətləndiriləcək.
 
5. Avrokuboklarda qazanılan titullar əmsalların hesablanmasında nəzərə alınacaq və əlavə xal gətirəcək.
 
6. Hər iki turnirin mükafat fondu artırılacaq.
 
7. Mükafat fondu 4 pilləli sistemlə veriləcək. Burada iştirak, nəticələr, klubun əmsalı və qrupdakı nəticələr fərqli hesablanacaq.
 
UEFA-nın müzakirə edib, dəyişmədiyi qərarlar
 
1. Çempionlar Liqasında təsnifat mərhələlərində ölkələrin çempionları ilə çempion olmayanları yenə fərqli yollarla mübarizə aparacaq. Bu da bütün ölkələrin qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşmək şansını qoruyacaq.
2. Çempionlar Liqasında 32, Avropa Liqasında isə 48 komanda qrup mərhələsində oynayacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol