"Qarabağ"la "Qəbələ"nin rəqibləri müəyyənləşdi
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, Monakoda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin də rəqibləri müəyyənləşib.
"Qəbələ" C qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa) və "Maynts" (Almaniya) komandalarına rəqib olub.
"Qarabağ" isə J
Qrupların tərkibi:
| A qrupu | B qrupu | C qrupu | D qrupu |
| "Mançester Yunayted" | "Olimpiakos" | "Anderlext" | "Zenit" |
| "Fənərbağça" | APOEL | "Sent-Etyen" | AZ |
| "Feyenoord" | "Yanq Boyz" | "Maynts" | "Makkabi" |
| "Zarya" | "Astana" | "Qəbələ" | "Dandolk" |
| E qrupu | F qrupu | G qrupu | H qrupu |
| "Viktoriya" | "Atletik" | "Ayaks" | "Şaxtyor" |
| "Roma" | "Genk" | "Standard" | "Braqa" |
| "Austriya" | "Rapid" | "Selta" | "Gent" |
| "Astra" | "Sassuolo" | "Panatinaikos" | "Konyaspor" |
| İ qrupu | J qrupu | K qrupu | L qrupu |
| "Şalke" | "Fiorentina" | "İnter" | "Vilyarreal" |
| "Zalsburq" | PAOK | "Sparta" | "Styaua" |
| "Krasnodar" | "Slovan" | "Sautgempton" | "Sürix" |
| "Nitsa" | "Qarabağ" | "Hapoel" | "Osmanlıspor" |
Qeyd edək ki, qrup oyunları sentyabrın 15-də və 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, həmçinin dekabrın 8-də keçiriləcək.
Final matçı 2017-ci il mayın 24-də İsveçin Solna şəhərindəki "Friends Arena"da təşkil olunacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox