• $
  • £

İsveç Respublika stadionunun ot örtüyündən şikayət etdi

İsveç Respublika stadionunun ot örtüyündən şikayət etdi
27.08.2016 16:00
Bakıda keçirilən qarşılaşma zamanı Ağdamın "Qarabağ” klubuna 3:0 hesabı ilə məğlub olan İsveçin "Höteburq” klubu Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyünün bərbad olması ilə bağlı UEFA-ya şikayət edib.

Oxu.Az Xarici KİV-ə istinadən xəbər verir ki, "Höteburq”un baş məşqçisi Frank Andersson bəyan edib ki, qazon onun komandasının məğlubiyyətinin əsas səbəbi deyil, lakin yenə də şikayətin verilməsi barədə qərar qəbul edildi. 

Məlumata əsasən, "Höteburq”un iki futbolçusu - Mikael Boman və Soren Riks meydanda olduqları vaxt zədələnib.

"Mən topa zərbə vurmaq istəyərkən ayağım qazona ilişib qaldı. Bu mənim karyeramda oynadığım ən pis ot örtüyü idi. "Qarabağ” futbolçularının belə bir qazonda oynaya bilməsi məni çox heyrətləndirdi”, - deyə Boman bildirib. 

"Höteburq” rəhbərliyi oyundan sonra yazılı formada öz şikayətini bildirib. 

"UEFA-nın xeyli sayda qaydaları var, lakin nədənsə oyunu yaxşı qazonda keçirmək barədə qayda yoxdur”, - deyə İsveç klubunun idman direktoru Mats Qren bildirib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol