Bədavi Hüseynov da sıradan çıxdı
Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.
ANN.Az AFFA-ya istinadən xəbər verir ki, Bədavi Hüseynov ("Qarabağ") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.
Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.
Xatırladaq ki, daha öncə "İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox