• $ 1.7
  • € 1.926
  • ₽ 0.021283
  • ₺ 0.0438
  • £ 2.2826

Ərəb turistlər qış aylarında da Azərbaycanı seçəcəklər

Ərəb turistlər qış aylarında da Azərbaycanı seçəcəklər
29.08.2016 12:15
Azərbaycana ərəb turistlər daha çox İraqdan gəlir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Azərbaycana ərəb ölkələri arasında daha çox İraqdan turistlərin gəlməsi İraqdan Azərbaycana birbaşa aviareysin olması ilə izah edilir.

Assosiasiya rəsmisi qeyd edib ki, bu il Azərbaycana Oman, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən də gələn turistlərin sayı çoxalıb: "Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayının çoxalması Fars körfəzi ölkələri üçün sadələşdirilmiş viza rejiminin tətbiq olunması ilə əlaqədardır".

M.Ağakərimov bildirib ki, ərəb turistlərin Azərbaycanda ən çox gəzdikləri məkanlar Bakı şəhəri, regionlardan isə Quba, Qusar, Qəbələ, İsmayıllı və Ağsudur.

Onun sözlərinə görə, ərəb turistlər Azərbaycanda çimərliklərə, əyləncəli proqramlara daha çox maraq göstərirlər: "Azərbaycanda həm Avropa, həm də Asiyanı birləşdirən amillər var ki, bu da ərəb turistləri maraqlandırır. Ölkəmizə gələn ərəblər daha çox Azərbaycanın görməli yerləri ilə tanış olmaq istəyirllər, Dənizkənarı Milli Parkı bəyənirlər. Turistlərin bir çoxu Azərbaycanın təbiətini, tarixi abidələrini, mətbəxini bəyənirlər. Ölkədəki sabitlik də ərəb turistləri Azərbaycana cəlb edən amillərdəndir. Apardığımız təhlillərə görə, ərəb turistlər nəinki yay, hətta qış aylarında da Azərbaycana üz tutacaqlar. Çünki ölkəmizdə qış turizmi üçün böyük şərait var”.

M.Ağakərimov qeyd edib ki, Azərbaycana gələn ərəb turistlər ölkəmizdə orta hesabla 1 həftəyə yaxın qalırlar: "Ərəb turistlər ekskursiyalardan da çox istifadə edirlər. Onlar daha çox tarixi yerlərə - Yanardağa, Atəşgaha, həm də regionlara ekskursiyalara gedirlər".

AzTA sədrinin müşaviri rəsmisi həmçinin vurğulayıb ki, ərəb turistlər daha çox Qəbələ, Quba, Qusar və Şahdağda müxtəlif dərəcəli hotellərdə qalırlar: "Onların bir qismi 5, bir qismi isə 2-3 ulduzlu hotellərdə qalır. Əsasən, BƏƏ-dən, Küveytdən gələn turistlər 5 ulduzlu hotelləri seçirlər".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol