• $
  • £

"Dünya çempionatının seçmə mərhələ oyunları son dərəcə vacibdir"

30.08.2016 09:24
Ötən gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüşüb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Məmmədyarov, İskəndər Cavadov, Vaqif Sadıqov, Qurban Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

R.Abdullayev dünya çempionatının seçmə mərhələ oyunlarının son dərəcə vacib olduğunu bildirib, bütün futbolçuların qarşılaşmalara yüksək səviyyədə köklənməsinin önəmini vurğulayıb. Baş məşqçi ilə ayrıca görüşdüyünü qeyd edən assosiasiya prezidenti komandaya böyük ümidlər bəslədiyini qeyd edib. E.Məmmədyarov, İ.Cavadov, V.Sadıqov və Q.Qurbanov çıxış edərək futbolçulara uğurlar arzulayıb.

Baş məşqçi Robert Prosineçki və millinin kapitanı Rəşad Sadıqov AFFA rəhbərliyinə xoş arzulara görə təşəkkür edib, dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San Marino yığmasına qalib gəlmək üçün bütün futbolçuların böyük əzmlə hazırlaşdığını, komandada yüksək əhval-ruhiyyənin olduğunu deyib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol