Bədavi Hüseynov nə vaxt meydana qayıdacaq?
Hazırda zədədən əziyyət çəkən milli komandamızın və "Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun yaşıl meydana nə vaxt qayıdacağı hələ məlum deyil.
Qol.az-ın məlumatına görə, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müdafiəçinin zədəsi ilə bağlı bunları söyləyib:
"Bədavinin əzələsində problem var. Bu, ilk belə hal deyil. Ona görə də ehtiyatlı olmaq lazımdı. Bədavinin zədəsi nə yüngüldü, nə də çox ciddi. Ola bilər ki, zədəsinin bərpası üçün daha uzun müddət lazım olsun. İndidən onun "Slovan”la oyuna qədər zədəsini sağaldıb-sağaltmayacağını demək çətindir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox