Fransa millisində 3 itki
Fransa millisi qarşıdakı oyunlar öncəsi 3 itki ilə üzləşib.
Qol.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, "Lion”un hücumçusu Aleksandr Lakazett, onunla eyni klubdan olan Nabil Fekir və "Kristal Pelas”ın yarımmüdafiəçisi Yoan Kabay yığmadan kənarda qalıblar. Hər 3 futbolçu zədədən əziyyət çəkir.
Onların əvəzinə Usman Dembele ("Borussiya”, Dortmund), Kevin Qameyro ("Atletiko”) və Joffrey Kondoqbia ("İnter”) milliyə dəvət alıblar.
Qeyd edək ki, Fransa millisi sentyabrın 1-də yoxlama oyununda İtaliya, sentyabrın 6-da isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Belarusla üz-üzə gələcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox