• $
  • £

“Qalatasaray” və “Fənərbaxça”nın prezidentləri cəzalandırıldı

“Qalatasaray” və “Fənərbaxça”nın prezidentləri cəzalandırıldı
30.08.2016 22:10
Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi klub rəhbərlərinə sərt cəzalar tətbiq edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, xüsusən də, "Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın cəzası şok effekti verib.
 
Belə ki, idman prinsiplərinə zidd açıqlamalar verən klub rəhbəri 120 gün müddətinə prezident səlahiyyətlərindən məhrum edilib. Həmçinin Yıldırım 140 min lirə cərimə də ödəyəcək. Onun "Qalatasaray”lı həmkarı Dursun Özbək də yaxasını cəzadan qurtara bilməyib. Ona isə klubun rəsmi saytına idman prinsiplərinə zidd açıqlama verdiyi üçün 45 gün səlahiyyətlərindən məhrum edilmə cəzası və 30 min lirə cərimə tətbiq edilib.
 
"Bursaspor”un prezidenti Ali Ay da eyni səbəbdən 45 günlük öz hüquqlarından məhrum edilib, 30 min lirə cərimələnib. "Bursapsor”un rəsmi saytında çıxan bir xəbərə görə isə klub əlavə 100 min lirəlik cərimə olunub. "Qalatasaray” tərəfi də eyni səbəb üzündən eyni məbləğdə cərimələnib. "Trabzonspor”un İdarə Heyətinin üzvü Gökhan Saral isə, nə az, nə çox, düz 180 gün müddətinə vəzifəsini icra edə bilməyəcək. Saral həmçinin 290 min lirə də cərimə ödəməli olacaq.
 
Maraqlıdı ki, Nizam-İntizam Komitəsi TFF-nin İdarə Heyətinin üzvü Yaşar Aşçıoğluya da cəza kəsib. O da idman prinsiplərinə zidd açıqlamalarına görə, 45 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol