• $ 1.7
  • € 1.926
  • ₽ 0.021283
  • ₺ 0.0438
  • £ 2.2826

Azərbaycanda meyitlərdən orqan transplantasiyası olacaq

Azərbaycanda meyitlərdən orqan transplantasiyası olacaq
31.08.2016 10:38
Böyrək, qaraciyər kimi orqanlarını itirən insanlara canlı donorlardan orqan köçürmək mümkündür.

 Ancaq ürək, ağciyər və ya mədəaltı xəstəliklərindən əziyyət çəkənlər üçün orqan mütləq meyitlərdən götürülməlidir. Çünki bu orqanların əvəzedicisi yoxdur. Səhiyyə Nazirliyi məhz meyitlərdən orqan köçürülməsi üçün yeni təlimat hazırlayır.

ANN.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Azərbaycanda meyitlərdən xəstə insanlara orqan köçürüləcək.

Tanınmış transplantoloq Mircəlal Kazımi bildirir ki, bununla bağlı hazırlanan təlimatlarda prosesin bütün təfərrüatları əksini tapır. Təlimata görə, vəfatından sonra orqanı götürüləcək xəstələrin beyin ölümü tibb müəssisələrində reallaşmalıdır.

Xəstənin beyin ölümü reallaşandan sonra meyitlərdən orqan köçürülməsi koordinatorları işə qoşulacaq.

Orqanın işlək olması üçün onu meyitdən qısa müddət ərzində götürmək lazımdır.

Mircəlal Kazımi bildirir ki, orqanları sağlam olan bir şəxs vəfat etdikdə ən azı 5-6 adamı həyata qaytara bilər. Ona görə də ölən şəxslərin yaxınları bu işdə fəal olmalıdırlar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol