FİFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verdi
FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) futbolçu Deniz Yılmazla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
"Report"un məlumatına görə, AFFA və futbolçu Deniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub.
Yılmaza bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib.
FIFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox