• $
  • £

İlham Əliyev olimpiyaçılarla görüşüb

İlham Əliyev olimpiyaçılarla görüşüb
02.09.2016 21:21

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

ANN.Az xəbər verir ki, görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımıMehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Sonra Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edildi.

Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, "Tərəqqi” medallarını, "Şöhrət”, "Vətənə xidmətə görə” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov, kişilərdən ibarət taekvondo üzrə yığma komandanın məşqçisi Elnur Amanov, Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Elmar Qasımov, Rio Olimpiadasının gümüş medalçısı, güləşçi Mariya Stadnik çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Prezident İlham Əliyev Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan "WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşdü, onu qazandığı qələbə münasibətilə təbrik etdi.

Sonda Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirdi.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol