• $
  • £

İdmançılarımız daha bir beynəlxalq yarışa qatılır

İdmançılarımız daha bir beynəlxalq yarışa qatılır
03.09.2016 12:17
Sentyabrın 3-7-də Qırğızıstanın Çolpon-Ata şəhərində "Ümumdünya Köçəri idman oyunları” keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmiz adından bu tədbirə qatılacaq.

Tədbir çərçivəsində qonaqlar üçün "Kırçın” vadisində "Köçməndər Aalamı” festivalı baş tutacaq. Festival çərçivəsində Qırğızıstan Respublikasının ümumilikdə 300-ə yaxın müxtəlif region və şəhərlərinin milli mətbəxi, adətləri, dekorativ atributları və digər maraqlı nümunələri təqdim olunacaq.

Bununla yanaşı, 5-7 sentyabr tarixlərində tədbir iştirakçılarının "WorldNomadFest 2016” festivalı çərçivəsində etnomoda, etnoxit və etno rəqslər istiqaməti üzrə çıxışları olacaq.

Ümumilikdə "Ümumdünya Köçəri idman oyunları”nda 53 ölkədən 23 idman növü üzrə 2000 idmançının iştirakı nəzərdə tutulub.

Azərbaycan bu yarışa 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi və 3 musiqiçi ilə qatılacaq.

İdmançılarımız öz qüvvələrini Milli güləş, Alış güləşi, Aba güləşi, Türkmən güləşi, Qazax güləşi, Qırğız güləşi, Mas-Reslinq, Er-Eniş (at üstündə güləş) və ənənəvi kamandan ox atma idman növlərində sınayacaq.

Tədbirin açılış mərasimi və yarışlar Çolpon-Ata şəhər hippadromunda keçiriləcək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol