• $
  • £

Rəşad Sadıqov: "Ən vacib olanı üç xaldır"

Rəşad Sadıqov:
05.09.2016 23:58
"Əslində 1:0 sürüşkən hesabdır. Ancaq ümumilikdə götürdükdə üstünlük bizdə idi". 

Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində San Marino yığması üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

90 dəqiqə ərzində üstün tərəf olduqlarını söyləyən kapitan çoxsaylı hücum və yaxşı kombinasiyaları qola çevirə bilmədiklərini vurğulayıb. O, müdafiədə çox qapalı oynadıqlarını da əlavə edib: "Bəzi anlarda rəqib bizim müdafiəni yarmaqda çox çətinlik çəkirdi. Üstəlik, San Marino azlıqda qaldıqdan sonra oyun bizim üçün bir az daha rahatlaşdı, daha üstün oynadıq. Yaxşı qol imkanlarımız oldu, amma istifadə edə bilmədik". 

34 yaşlı oyunçunun fikrincə, hesabdan asılı olmayaraq, ən vacib olanı üç xaldır: "Qarşıdakı oyunlara daha inamla çıxmaq üçün bizə bu qələbə lazım idi. Üzərimizdə təzyiq vardı. Çox adam deyə bilər ki nəyə görə təzyiq var? Amma bu tip komandalara qarşı oyunlarda təzyiq daha çox olur. Çünki bu oyunda mütləq qələbə qazanmaq lazım idi".

Təcrübəli müdafiəçi yığmanın heyətində tam formada olmayan futbolçulardan da danışıb: "Mövsümün əvvəlidir. Bəzi futbolçular bir-iki oyun keçirib. Həm də San Marino ilə matçda nəyəsə qiymət vermək çətindir. Çünki rəqib əsasən müdafiədə çıxış edirdi. İnanıram ki, futbolçularımız Norveç və Çexiya ilə növbəti qarşılaşmalara daha yaxşı hazırlaşıb, uğurla çıxış edəcəklər".
 
Bədavi Hüseynov və Ruslan Abışov zədəli olduğundan, R.Sadıqov müdafiədə əslində sağ cinah oyunçusu sayılan Maksim Medvedevlə yanaşı oynayıb. Kapitan M.Medvedevlə tandeminin pis alınmadığını söyləyib: "Biz klubda da bir birgə çıxış edirik. Maksimlə yanaşı oynamaq çətin deyildi". 

Sonda kapitan Azərbaycan yığmasının C qrupundakı perspektivi barədə də danışıb: "Qrupumuzda 4 güclü rəqib. Almaniya, Çexiya, Norveç və Şimali İrlandiya milliləri qrupdan çıxmaq üçün oynayacaqlar. Biz də çalışacağıq ki, bacardığımız qədər uğur qazanaq. Hər oyunda meydana qələbə üçün çıxacağıq. Hər şeyi zaman göstərəcək".

Qeyd edək ki, San Marino ilə görüşdə Azərbaycan millisinin qələbə topunu 45-ci dəqiqədə Ruslan Qurbanov vurub. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol