• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
05.09.2016 20:38

Azərbaycan prezidenti İlham Əliyev paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ANN.Az-ın məlumatına görə, Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təklifləri əsasında paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydasını, habelə beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydalarını və standartlarını, habelə həmin qaydaların və standartların mərhələlərlə tətbiqinə dair tədbirlər planını Azərbaycan prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etmək tapşırılıb.

Nazirlər Kabineti həmçinin paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ("Performance Based Remuneration System”) əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etməli, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə maliyyə hesabatlarının beynəlxalq standartlarının mərhələlərlə tətbiqi üçün tədbirlər görməli və görülən işlər barədə ildə iki dəfə Azərbaycan prezidentinə məlumat verməlidir. 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol