• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycan müsəlman turistlər üçün ən yaxşı istiqamətlər siyahısında

Azərbaycan müsəlman turistlər üçün ən yaxşı istiqamətlər siyahısında
06.09.2016 16:22
 "MasterCard” və "Crescent Rating” təşkilatları müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran "Müsəlmanların Qlobal Səyahət İndeksi (GMTI) 2016" hesabatını dərc edib. 

"Report” xəbər verir ki, hesabata əsasən, Malayziya, BƏƏ və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıb. Ümumilikdə, 130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında Azərbaycan 20-ci yerdə qərarlaşıb.
Ötən ilin hesabatı ilə müqayisədə BƏƏ bir pillə irəliləyərək İƏT istiqamətləri siyahısında ikinci yerə sahib çıxıb. Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının digər üzvləri olan Qətər, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn də ilk onluqda yer alıb. Siyahıda liderliyi Malayziya qoruyub saxlayıb.

İƏT-ə üzv olmayan ölkələrdən isə Sinqapur birinci olub. Növbəti sıralarda Tayland, Böyük Britaniya, CAR və Honkonq qərarlaşıb.

Bununla yanaşı, araşdırmanın nəticələrinə əsasən, 2015-ci ildə qlobal olaraq orta hesabla 117 mln. müsəlman turist qeydə alınıb ki, bu da ümumilikdə turizm bazarının 10%-ni təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 mln. nəfərə və ya ümumi turist axınının 11%-nə çatacağı gözlənilir. Qeyd olunan tarix üçün müsəlman turistlərin xərclərinin 200 mlrd. ABŞ dollarını üstələyəcəyi proqnozlaşdırılır.

Asiya və Avropa ölkələri ümumilikdə müsəlman turist axınının 87%-ni qəbul etməklə müsəlman turistləri cəlb edən əsas iki region olub.
Sürətlə inkişaf edən bu sektor üzrə ən geniş araşdırmanın nəticələrinə əsasən, təqdim olunmuş hesabatda Orta Şərq və Afrika regionundan 8 ölkə müsəlman turistləri üçün ən yaxşı səyahət istiqamətlərinin ilk onluğunda yer alıb.

"Orta Şərq və Afrika regionundan olan 8 ölkənin "MasterCard” və "Crescent Rating”in təqdim etdiyi yeni hesabatda yüksək sıralarda yer alması bizi sevindirir. Bu göstəricilər regionun inkişafı və sürətlə böyüməkdə olan müsəlman turist bazarının tələblərinə köklənməsini vurğulayır. Bu da məqsədəuyğun bir addımdır. Belə ki, məhz müsəlman turist sektoru uzunmüddətli dayanıqlı iqtisadi inkişafın aparıcı qüvvələrindən birinə çevrilməkdədir”, - deyə "MasterCard”ın Orta Şərq və Afrika regionu üzrə prezidenti Raqu Malhotra (Raghu Malhotra) bildirib.

GMTI 130 turizm istiqamətini dünyanın ən sürətlə inkişaf edən turizm sektoru üzrə müfəssəl təhlilini həyata keçirən və bu sahədə dolğun məlumat təqdim edən bir araşdırmadır. Bu indeks turizm məkanlarına, səyahət xidmətlərinə və investorlara müsəlman turizm sektorunun inkişafı və dəyişikliklərini izləməyə imkan verən bir göstəricidir.
Məlumata görə, 130 turizm istiqamətinin hər biri GMTI-də ailəvi istirahətin uyğunluğu, xidmət səviyyəsi, təklif olunan imkanlar və seçimlər, marketinq təşəbbüsləri və turist axını kimi meyarlara əsasən qiymətləndirilir. Bu ildən etibarən daha iki meyar – hava nəqliyyatı və vizanın alınması ilə bağlı əməliyyatlar da nəzərdən keçirilir. Bu keyfiyyətlər ümumilikdə qiymətləndirilərək hər bir təyinat nöqtəsi üçün vahid indeks tərtib olunur.

"GMTI 2016" indeksinin İƏT-ə daxil olan Top-20 istiqaməti


  1.   
    YER
    GMTI 2016 indeksində mövqe
    İstiqamət 
    Göstərici 
    1
    1
    Malayziya
    81.9
    2
    2
    BƏƏ
    74.7
    3
    3
    Türkiyə
    73.9
    4
    4
    İndoneziya
    70.6
    5
    5
    Qətər
    70.5
    6
    6
    Səudiyyə Ərəbistanı
    70.4
    7
    7
    Oman
    70.3
    8
    9
    Mərakeş
    68.3
    9
    10
    İordaniya
    65.4
    10
    11
    Bəhreyn
    65.3
    11
    12
    Bruney
    64.6
    12
    13
    Küveyt
    64.1
    13
    14
    Tunis
    63.7
    14
    15
    İran
    63.6
    15
    16
    Qazaxıstan
    63.3
    16
    17
    Misir
    63.1
    17
    18
    Maldiv
    61.8
    18
    19
    Banqladeş
    60.0
    19
    22
    Əlcəzair
    58.5
    20
    23
    Azərbaycan
    57.3






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol