• $
  • £

MOK-un vitse-prezidenti Azərbaycan güləşinə "dopinq hücumu"ndan danışdı

MOK-un vitse-prezidenti Azərbaycan güləşinə
06.09.2016 20:01
Azərbaycanın güləş idman növü üzrə uğurları bəzi dairələri qıcıqlandırır. 

Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında Azərbaycan güləşçisində dopinq olması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan son illər ərzində güləş idman növü üzrə böyük uğurlar əldə edib: "Elə Rio-de-Janeyroda Azərbaycan güləşçiləri 9 medal qazandı. Deyirlər, necə oldu ki, Azərbaycan bu qədər medal qazandı?!”

Ç.Hüseynzadə bildirib ki, dopinqlə bağlı bu qalmaqal salınıb və davam edir: "Bundan sonra necə olacağı bilinmir. Dopinqi və antidopinqi icad edən ölkələrin adı nədənsə dopinq tapılan siyahıya düşmür, ancaq Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər bu kimi ölkələrin adı o siyahıya salınır. Bizim idmançılarımız həmişə yarışdan əvvəl də, sonra da dopinq testindən keçib və təmiz çıxıb. İndi bilmirəm necə olub, kimsə yeni texnologiya tapıb, yenidən gəlib dopinqi yoxlayırlar. Kimsə gəlib öz texnologiyaları ilə probları yoxlayıb deyə bilər ki, bu idmançıda dopinq var. Heç bir qanunun geriyə tətbiqi yoxdur, ancaq dopinqdə var. Burada belə problemlər var. Hesab edirəm ki, bir-iki il ərzində çoxlu mübahisələr gedəcək və əvvəl-axır bu məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında dopinqdən istifadə etdiyi barədə məlumatlar yayılıb, lakin idmançıların adları açıqlanmır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol