• $
  • £

XV Yay Paralimpiya Oyunları start götürür

XV Yay Paralimpiya Oyunları start götürür
07.09.2016 13:07
Bu gecə keçiriləcək Açılış mərasimi ilə 2016-cı il Rio-De-Janeyro Yay Paralimpiya Oyunları start götürəcək. 

"Report"un məlumatına görə, yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15-də) başlanacaq mərasim "Marakana" stadionunda təşkil ediləcək. 

Tədbir zamanı Azərbaycanın bayrağını cüdo üzrə ikiqat paralimpiya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, eləcə də 2 qat dünya və 6 qat Avropa çempionu İlham Zəkiyev aparacaq. Üstəlik, Açılış mərasimində azərbaycanlı izləyicilər üçün sürpriz də hazırlanıb.

Yarışlara sentyabrın 8-dən start veriləcək. Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 27 paralimpiyaçı ilə təmsil olunacaq ki, onların da 6-sı qadındır. İdmançılar cüdo, atletika, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma və pauerliftin növlərində 44 medal uğrunda mübarizə aparacaqlar. 

Nümayəndə heyəti Rio-de-Janeyroya sentyabrın 2-də yola düşüb. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib.
Paralimpiada sentyabrın 18-də başa çatacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol