• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

200-dən artıq deleqat 4-cü Beynəlxalq Caspian Energy Forum-da iştirak etmək üçün qeydiyyatdan keçib

200-dən artıq deleqat 4-cü Beynəlxalq Caspian Energy Forum-da iştirak etmək üçün qeydiyyatdan keçib
07.09.2016 16:22
Dünyanın 15 ölkəsindən 200-dən artıq deleqat 2016-cı il dekabrın 7-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2016-da iştirak etmək üçün qeydiyyatdan keçib. 
 
Tədbirdə, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturları, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin  nəhəng beynəlxalq şirkət rəhbərləri iştirak edəcəklər. 
Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, forum üç sessiyadan ibarət olacaq.

"İqtisadi islahatlar – 2016. İlkin nəticələr” adlı birinci sessiya "Dünya bazarlarında böhran şəraitində iqtisadiyyatın inkişaf perspektivləri, iqtisadiyyatda islahatlar”, "Özəl sektorun stimullaşdırılması yolları və ixracyönümlü sahələrin inkişafı” kimi mövzuları əhatə edəcək.

"Əsas layihələr. Azərbaycanın enerji sektorunun investisiya cazibədarlığı” adlı ikinci sessiya çərçivəsində aşağıdakı məruzələr təqdim olunacaq: "Xəzərin Azərbaycan sektorunun əsas yataqları. Perspektivli sahələrin kəşfinin ilkin nəticələri”, "Downstream sahəsində əsas ixracyönümlü layihələr”, "Bərpaedilən enerji, külək elektrik stansiyaları, termal günəş stansiyaları, geotermal və hidroenerji layihələri”. 

"İnkişafın xammal modelindən ixracyönümlü modelinə keçid” adlı üçüncü sessiya çərçivəsində aşağıdakı məruzələr nəzərdən keçiriləcək: "Sənaye parklarının inkişafı, Azərbaycan iqtisadiyyatının investisiya cazibədarlığı”, "Stimullaşdırma ilə bağlı vergi tədbirləri”, "Azərbaycanda kiçik və orta biznesin inkişafı – iqtisadiyyatın rəqabətədavamlılığının əsası”, "Azərbaycan və Aİ arasında strateji partnyorluq barədə saziş - əməkdaşlığın institusional perspektivləri, Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsipləri”, "Maliyyə sabitliyi – iqtisadiyyatın aparıcı sahələrinin investisiya cazibədarlığının əsası”, "Bank sektorunun rəqabətədavamlılığı, açıq iqtisadiyyatın əsasları”, "Aparıcı nəqliyyat layihələri – "Şimal-Cənub” və "Bir qütb – bir yol – Böyük İpək yolu”, onların həyata keçirilmə mərhələləri”, "Pekinlə London arasında – birləşmə, hab, tarif siyasəti, perspektivli yük axını”, "Bakı-Tbilisi-Qars magistralının işə salınması, layihənin perspektivləri”.

Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklərin və işgüzar naharın təşkili nəzərdə tutulub.  

4-cü Beynəlxalq Caspian Energy Forum – 2016-nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri cənab İlham Əliyevə "İlin islahatçısı” nominasiyasında Beynəlxalq Caspian Energy Award mükafatı tədqim olunacaq. 
 
 "Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə "Caspian Energy”nin oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. "Caspian Energy Award” beynəlxalq mükafatı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyi ilə təşkil olunur.

Forumda iştirak etmək üçün qeydiyyat: http://caspianenergyforum.com/index.php/en/registration
 
ARAYIŞ üçün:

Caspian European Club (Caspian Business Club) sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən dinamik inkişaf edən ən nəhəng regional təşkilatdır.

Caspian European Club (Caspian Business Club) Azərbaycanda ayda iki dəfə, digər Xəzər-Qara dəniz regionu ölkələrində ayda bir dəfə biznes-forum və dəyirmi masalar təşkil edir. Həmin tədbirlər çərçivəsində sahibkarlara dövlət qurumlarının iştirakı ilə biznes problemlərini müzakirə etmək və onların həlli üzrə təkliflər irəli sürmək imkanı yaradılır.

Caspian Energy International Media Group artıq 17 ildir ki, MDB və Aİ dövlətlərinin prezidentləri və baş nazirləri, nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərləri ilə maraqlı müsahibələr, həmçinin xülasələr və aparıcı ekspertlərin analitik materiallarını dərc edir.

Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş "Caspian Energy” jurnalı bir çox investorların fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol