• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
26.12.2025 17:48

 

Azərbaycan Avropa İttifaqı ilə və onun əsas təsisatları ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıdır, lakin bəzi Avropa qurumlarının qərəzli yanaşmaları bu prosesə mənfi təsir göstərir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, Avropa–Azərbaycan münasibətləri kontekstində müxtəlif Avropa təsisatlarının yanaşmaları eyni deyil.

“Avropa–Azərbaycan münasibətlərindən danışarkən nəzərə almaq lazımdır ki, müxtəlif Avropa təsisatları mövcuddur və onların gündəliyi eyni olmur. Bəzi qurumlar Avropa tərəfdaşları ilə daha müsbət gündəliyə fokuslanmağa çalışır. Lakin Avropa Parlamenti, Avropa Şurası və Parlament Assambleyası kimi təsisatları daha çox neqativ gündəliyi formalaşdıran qurumlar kimi qeyd etmək olar”, - nazir bildirib.

Bayramov bildirib ki, bu cür fəaliyyətlər keçmişdə Avropa İttifaqının digər təsisatları ilə – xüsusilə Avropa Komissiyası və Avropa İttifaqı Şurası ilə münasibətlərə də mənfi təsir göstərib.

“Keçmiş illərdə bu yanaşmalar nəticəsiz qalmayıb və öz mənfi effektini göstərib. Lakin son Avropa Parlamentinin açıqlamalarına Azərbaycan Milli Məclisinin verdiyi cavab kifayət qədər əsaslı və tutarlı olub.”

Nazir qeyd edib ki, 2025-ci ildə, 2024-cü illə müqayisədə Avropa İttifaqının bir sıra təsisatları Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı görünür.

“Biz xoşniyyətli addımlar görürük. Bu dialoqun intensivləşməsinə səbəb olub və Azərbaycan da buna müsbət cavab verib. Çünki ölkəmiz hər zaman Avropa İttifaqı və onun müxtəlif təsisatları ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.

Bayramov vurğulayıb ki, Avropa Parlamentinin davam etdirdiyi kampaniya xarakterli fəaliyyət Azərbaycan tərəfindən ədalətsiz hesab olunur.

“Bu ittihamları real faktlara əsaslanmayan yanaşmalar kimi qəbul edirik. Digər ölkələrə münasibətdə tamamilə fərqli yanaşmaların tətbiq edildiyini görürük və bu mövzulara dair əlavə izahatlar verməyi də vacib hesab etmirik.”

Nazir bildirib ki, Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının öz maraqlarına uyğundur.

“Azərbaycan Cənubi Qafqazda lider mövqeyə malikdir. Eyni zamanda Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq perspektivlərinin böyük hissəsi Orta Dəhliz üzərindən formalaşır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq Aİ üçün faydalıdır.”

N.Təbrizli

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol