• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Mehriban Əliyeva qolları kəsilən oğlana kömək etdi

Mehriban Əliyeva qolları kəsilən oğlana kömək etdi
07.09.2016 17:52
Ötən il Zaqatalada radikal dindarlar tərəfindən hər iki biləyi balta ilə kəsilən Vüsal Bəşirov Heydər Əliyev Fondunun dəstəyi ilə protez əllə təmin olunacaq. 

ANN.Az xəbər verir ki, bu barədə AzVision.az-a V.Bəşirov özü məlumat verib. 27 yaşlı gənc ona göstərilən köməyə görə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.

"Mehriban xanıma təşəkkür edirəm. O, mənim müraciətimə cavab verdi. Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki əlim protez olacaq. Çox sevinirəm. Artıq məndə normal insan kimi iş görə biləcəyəm”.

V. Bəşirov protez qoyulmamışdan əvvəl hər iki qolunun əməliyyat olunacağını deyib: "Hər iki biləyim kəsilib protez üçün uyğunlaşdırılmalıdır. Bunun üçün əməliyyat lazımdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyinə ehtiyacım var”.

Qeyd edək ki, V.Bəşirov ötən ay saytımız vasitəsilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək kömək istəmişdi. 

Xatırladaq ki, məlum hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilmişdi ki, vəhabi dini təriqətinə mənsub Zaqatala rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlədib, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıblar.

Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə Vüsal Bəşirovu döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin "Asma körpü” deyilən ərazisinə aparıblar.

R.Tahirov qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutub, A.Musayev isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçıb. 

Cinayətdə adı hallanan şəxslər tutularaq, barələrində həbs-qətimkan tədbiri seçilib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə evdən qadın meyiti tapılıb
Cəmiyyət 23:33
Gəncədə evdən qadın meyiti tapılıb
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Cəmiyyət 21:00
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:53
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Cəmiyyət 18:43
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Əli Əsədov bu qaydanı təsdiq edib
Cəmiyyət 16:20
Əli Əsədov bu qaydanı təsdiq edib
Bu hakimin fəaliyyətinəxitam verilib
Cəmiyyət 15:30
Bu hakimin fəaliyyətinəxitam verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol