• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Leyla Əliyeva Maqnus Karlsenin oyununda ilk gedişi etdi

Leyla Əliyeva Maqnus Karlsenin oyununda ilk gedişi etdi
29.05.2020 01:05
Sentyabrın 8-də Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turuna start verilib. 

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Olimpiadanın yeddinci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Kristal Zalına gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti FİDE prezidenti Kirsan İlyumjinovla görüşüb.
Leyla Əliyeva Norveç komandasının üzvü, dünya çempionu Maqnus Karlsen ilə fillipinli Xulio Katalino Sadorra ilə oyunda ilk gedişi edib.

Sonra Bakı Şahmat Olimpidasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib ki, Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 176 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

Ardınca Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb. Məlumat verilib ki, Olimpiadanın tamaşaçılarına Bakı Kristal Zalında təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol