• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Lütfi Zadəyə Azərbaycan medalı təqdim olundu

Lütfi Zadəyə Azərbaycan medalı təqdim olundu
09.09.2016 10:38
ABŞ-ın Kaliforniya ştatında yerləşən nüfuzlu Berkli Universitetində sentyabrın 7-də Azərbaycan əsilli amerikalı professor Lütfi Zadəyə həsr olunmuş geniş mərasim keçirilib. Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan ANN.Az-a verilən məlumata görə, tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi, alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin davamçıları iştirak edib. İlk çıxış üçün söz universitetin Mühəndislik Fakultəsinin dekanı, L.Zadənin yetirməsi olan professor Şankar Sastriyə verilib. O, professor L.Zadəni bu əlamətdar gün münasibətilə təbrik edərək, göstərilən diqqətə və belə bir nəcib təltifə görə təmsil etdiyi ali təhsil müəssisəsi adından Azərbaycan Respublikasına dərin minnətdarlığını ifadə edib.

Sonra professor L.Zadənin ana vətəni Azərbaycana həsr olunmuş, onun sosial, iqtisadi və mədəni tərəqqisini nümayiş etdirən qısa film nümayiş etdirilib. Filmdən sonra söz Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə verilib. Diplomat bildirib ki, professor L.Zadə öz elmi nailiyyətləri və dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm azərbaycanlı soydaş, həm də dünya elminin dəyərli nümayəndəsi kimi daim professor L.Zadəyə diqqət göstərdiyini, bu diqqətin nəticəsi kimi 2011-ci ildə qocaman alimin Dostluq Ordeni ilə təltif olunduğunu vurğulayıb.

Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə ünvanlanmış təbrik məktubunu oxuyaraq, Qızıl Medalı təntənəli surətdə dünya şöhrətli alimə təqdim edib.

Sonra söz professor L.Zadəyə verilib. Professor, Azərbaycandan kənarda yaşamasına baxmayaraq Azərbaycanın daim onun qəlbində xüsusi yer tutduğunu bildirib. O, Prezident İlham Əliyevin müdrik rəhbər və istedadlı dövlət xadimi olduğunu vurğulayaraq, ona dərin rəğbət bəslədiyini söyləyib. Qocaman alim bildirib ki, Azərbaycan bu gün nəinki öz regionunda, eləcə də, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bunun isə hər şeydən öncə, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən düşünülmüş siyasətin və səbatlı dövlət kursunun nəticəsi olduğunu vurğulayıb. L.Zadə AMEA-nın prezidenti A.Əlizadəyə belə bir medal ilə təltif olunmasına görə təşəkkürünü bildirib.

Tədbirdə professor L.Zadə ilə uzun illər birgə çalışmış, onun elmi-tədqiqat işlərində yaxından iştirak etmiş Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova və Berkli Universitetinin professoru Ceyms Demmel də çıxış ediblər. Onlar öz nitqlərində dünya şöhrətli alimin elmi araşdırmalarından, bu səpkidə qeyri-səlis çoxluqlar və sistemlər, eləcə də, qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açıblar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə evdən qadın meyiti tapılıb
Cəmiyyət 23:33
Gəncədə evdən qadın meyiti tapılıb
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Cəmiyyət 21:00
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:53
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Cəmiyyət 18:43
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Əli Əsədov bu qaydanı təsdiq edib
Cəmiyyət 16:20
Əli Əsədov bu qaydanı təsdiq edib
Bu hakimin fəaliyyətinəxitam verilib
Cəmiyyət 15:30
Bu hakimin fəaliyyətinəxitam verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol