• $
  • £

Şahmat olimpiadasında 7-ci turun təqvimi

Şahmat olimpiadasında 7-ci turun təqvimi
09.09.2016 14:53
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 7-ci turun təqvimi müəyyənləşib. 

Aznews.Az xəbər verir ki, sentyabrın 9-da kişilərdən ibarət əsas millimiz Xorvatiya ilə qarşılaşacaq.

İkinci komandamız Venesuelanı, üçüncü yığmamız isə Eşitmə Qabiliyyəti Zəif olan Şahmatçılar İttifaqının (ICCD) komandasını sınağa çəkəcək. Olimpiadanın vahid lideri Hindistan ABŞ-la, Hollandiya Latviya ilə, Rusiya Çexiya ilə, Çin İngiltərə ilə, Ukrayna Kanada ilə, Gürcüstan Rumıniya ilə üz-üzə gələcək.

6 turdan sonra kişilərdən ibarət əsas millimiz 9 xalla 13-cü, ikinci komandamız 8 xalla 34-cü, üçüncü yığmamız isə 6 xalla 86-cı yerdə qərarlaşıb. Hindistan 12 xalla liderdir. 11 xal toplayan ABŞ ikinci pillədə qərarlaşıb. 10 xala sahib yığmalardan Hollandiya üçüncü, Çexiya dördüncü, Gürcüstan beşincidir. Qadınlardan ibarət əsas yığmamız 7-ci turda Hindistanla üz-üzə gələcək.

İkinci komandamız Belarusla, üçüncü yığmamız isə Boliviya ilə görüşəcək. Favoritlərdən Rusiya Polşa ilə, Çin Ukrayna ilə, ABŞ Rumıniya ilə, Gürcüstan Hollandiya ilə, Macarıstan Filippinlə mübarizə aparacaq.

6 turdan sonra qadınlardan ibarət əsas millimiz 10 xalla altıncı pillədə qərarlaşıb. 7 xala malik üçüncü yığmamız 37-ci, ikinci komandamız isə 38-ci yeri tutur. Rusiya və Ukrayna 11 xalla 1-2-ci yerləri bölüşdürürlər. 10 xala malik Polşa üçüncü, Rumıniya dördüncü, Hindistan isə beşincidir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol