• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycanlı alim Yaponiyada xüsusi mükafata layiq görüldü

Azərbaycanlı alim Yaponiyada xüsusi mükafata layiq görüldü
09.09.2016 16:50
Maye Kristal Displey (LCD) texnologiyaları sahəsində uğurlu tədqiqatları ilə tanınmış azərbaycanlı alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri Xəlil Kələntər Yaponiya Maye Kristal Cəmiyyətinin (JLCS) xüsusi "Texnoloji İnkişaf Mükafatı”na layiq görülüb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a bildirilib ki, cəmiyyətin Osaka şəhərində təşkil edilən Beynəlxalq Maye Kristal Texnologiyaları Konfransında mükafat həmyerlimizə təqdim edilib.

Konfransda əvəllcə Xəlil Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlara dair təqdimatla çıxış edib.

JLCS-nin prezidenti Hiroşi Şimizu bildirib ki, Xəlil Kələntər apardığı araşdırmalarla yalnız Yaponiyada deyil, eyni zamanda Amerika və Avropada da yaxşı tanınır. O, 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır.

Bundan əlavə, X.Kələntər elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, 130-dan artıq elmi məqalənin müəllifidir. Məişətimizə geniş daxil olan LCD televizor, kompyuter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı olan X.Kələntər dünyanın məşhur universitetlərində bu mövzuda mühazirələrlə çıxış edib.

LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın nüfuzlu "Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü seçilib, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür. X.Kələntər hazırda "Global Optical Solutions” şirkətinin və CEREBA-nın (Yeni Nəsil Kimyəvi Materialların Araşdırılması Elmi-Tədqiqat İnstitutu) baş tədqiqatçısıdır. Bundan əlavə, soydaşımız "Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin də üzvüdür.

Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. LCD texnologiyaları üzrə yapon dilində üç kitabın müəllifi, altı kitabın isə həmmüəllifidir. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimi tanınır. Həmin sahədə apardığı geniş tədqiqatlara görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.
H.Şimizu əlavə edib ki, X.Kələntər həmin uğurlarına görə Cəmiyyətin xüsusi "Texnoloji İnkişaf Mükafatı”na layiq görülüb. Mükafat və müşayiətedici sənəd həmyerlimizə təqdim olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə evdən qadın meyiti tapılıb
Cəmiyyət 23:33
Gəncədə evdən qadın meyiti tapılıb
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Cəmiyyət 21:00
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:53
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Cəmiyyət 18:43
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Əli Əsədov bu qaydanı təsdiq edib
Cəmiyyət 16:20
Əli Əsədov bu qaydanı təsdiq edib
Bu hakimin fəaliyyətinəxitam verilib
Cəmiyyət 15:30
Bu hakimin fəaliyyətinəxitam verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol