• $
  • £

Millimiz Latviya və Finlandiyaya qarşı

Millimiz Latviya və Finlandiyaya qarşı
10.09.2016 11:10
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun təqvimi müəyyənləşib.

ANN.Az "Qafqazinfo”ya istinadla xəbər verir ki, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviya ilə qarşılaşacaq. İkinci yığmamızın rəqibi Finlandiya olacaq. Üçüncü millimiz isə Dominikan Respublikası ilə üz-üzə gələcək.

Turun daha çox maraq doğuran digər görüşləri Rusiya - ABŞ, Ukrayna - Gürcüstan, İngiltərə - Hindistan, Çin - Macarıstan, Polşa - Çexiya, Hollandiya - Kuba və Fransa - Almaniyadır.

7 turdan sonra hesabında 11 xal olan əsas millimiz turnir cədvəlində 8-cidir. İkinci yığmamız 9 xalla 27-ci, üçüncü komandamız isə 6 xalla 98-ci pillədə qərarlaşıb.

ABŞ millisi 13 xalla olimpiadanın vahid lideridir. 12 xal toplamış komandalardan Rusiya ikinci, Gürcüstan üçüncü, Ukrayna dördüncü, Hindistan beşinci, İngiltərə altıncı, Latviya isə yeddincidir.

Qadınlardan ibarət əsas millimiz sabah Çinlə qarşılaşacaq. İkinci komandamız Sinqapurla, üçüncü yığmamız isə Peru ilə görüşəcək.

Kişilərin mübarizəsində olduğu kimi, qadınlarda da VIII turda Rusiya - ABŞ qarşıdurması baş tutacaq. Ukrayna Macarıstanla, Polşa Hollandiyayla, Hindistan Özbəkistanla, Gürcüstan Argentinayla, Bolqarıstan Ekvadorla, Almaniya Monqoslustanla üz-üzə gələcək.

7 turdan sonra qadınların yarışında 5 komanda 12 xala malikdir. Rusiya birinci, Çin ikinci, əsas millimiz üçüncü, ABŞ dördüncü, Hollandiya isə beşincidir. 9 xal toplayan ikinci komandamız 24-cü, üçüncü yığmamız isə 32-ci yeri tutur.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol