• $
  • £

“Qəbələ” “Neftçi”ni biabırçı hesabla məğlub etdi

“Qəbələ” “Neftçi”ni biabırçı hesabla məğlub etdi
10.09.2016 22:40
Bu gün Topaz Premyer Liqasında IV turun daha bir oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, ikinci oyun da Masazırda keçirilib.
 
Belə ki, "Qəbələ” ilə qarşılaşan "Neftçi” satdionunda həyata keçirilən bərpa işləri ilə əlaqədar "Əlincə Arena”ya sığınıb.
 
Çempionata uğursuz start verən və ilk 3 turda bir qələbə və 2 məğlubiyyət alan "ağ-qaralar” bu dəfə daha ağır zərbəyə məruz qalıb. Əyalət klubu ilə oyunda paytaxt təmsilçisi uzun zaman unuda bilməyəcəyi nəticə ilə ayrılıb. Roman Qriqorçukun komandası rəqibini meydana çıxmağına peşman edib - 8:0.
 
5-ci dəqiqədə Dabonun hesabı açmasından 10 dəqiqə sonra fərq 3 qol, ilk yarının tamamında isə artıq 5:0 idi. İkinci hissədə daha 3 qol vuran nominal qonaqlar fərqi faciəvi həddə çatıdırıb.
 
Topaz Premyer Liqası
IV tur
10 sentyabr (şənbə)
 
"Neftçi” – "Qəbələ” - 0:8
Qollar: Dabo, 5, 16, 69, Vernidub, 10, Ozobiç, 29, Ruslan Qurbanov, 45, 82, Stankoviç, 78
"Əlincə Arena”


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol