• $
  • £

İdmançımız Avropa çempionatının bürünc medalını qazandı

İdmançımız Avropa çempionatının bürünc medalını qazandı
11.09.2016 09:52
 Polşanın Novı-Tomısl şəhərində start götürən yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatının ilk yarış günü başa çatıb.

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, qitə birinciliyinin ilk günü mübarizəyə 44, 48 və 50 kq çəki dərəcələrində yeniyetmə qızlar və oğlanlar qoşulublar. Körpücük üzərinə ilk olaraq B qrupunda 48 kq çəkidə mübarizə aparan Azərbaycanın ağırlıqqaldırma yığmasının üzvü Gülbəniz Nəzərli çıxıb. O, toplam 102 kq nəticə ilə qrupda sonuncu yeri tutub.

Daha sonra mübarizəyə A qrupunda 50 kq çəki dərəcəsində yeniyetmə oğlanlar qoşulublar. Bu çəki dərəcəsində ölkəmizi Novruz Muxtarlı və Rüstəm Qasımov təmsil ediblər. Ən yaxşı nəticəni isə Rüstəm Qasımov göstərib. O, birdən 77 kq, təkanla isə 93 kq ağırlığın öhdəsindən gələrək toplam 170 kq nəticə ilə ölkəmizin aktivinə Avropa çempionatının bürünc medalını qazandırıb.

Novruz Muxtarlı isə mübarizəni 6-cı pillədə (153 kq) başa vurub. Bu çəki dərəcəsində qızıl medala bolqarıstanlı ağır atlet Rusev Angel (190 kq), gümüş medala isə Çexiya idmançısı Polak Frantişek (171 kq) yiyələnib.

Bu gün keçiriləcək yarışın ikinci günündə ağır atletlərimiz Elməddin Hüseynov (yeniyetmə, 56 kq) və İsmayıl Məmmədov (gənclər, 50 kq) mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, qitə birinciliyinə 30 ölkədən 360 idmançı qatılıb. Avropa çempionatı sentyabrın 17-də başa çatacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol